Prezident yanında Ali Attestasiya Komissiyası Aynur Vaqif qızı Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və dosent elmi adını geri alıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə komissiyanın Rəyasət Heyəti qərar qəbul edib.
Qərarın verilməsinə səbəb isə A.Quliyevanın dissertasiya işində aşkar olunmuş elmi plagiat faktının 11 ildən sonra üzə çıxması olub.
Ali Attestasiya Komissiyası tərəfindən A.Quliyevaya filologiya elmləri üzrə verilmiş FD seriyalı, 08389 nömrəli 29 oktyabr 2013-cü il tarixli fəlsəfə doktoru diplomu və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı) ixtisası üzrə verilmiş DS seriyalı, 08220 nömrəli 13 may 2022-ci il tarixli dosent attestatı etibarsız sayılıb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Xatırladaq ki, plagiatlığı aşkar edilən dissertasiya işi müəllifin “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda hazırladığı material olub.
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?