"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilib.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssisin klubun idman direktorları Pol Uinstenli və Lourens Styuartla, eləcə də səmdarlardan biri Bexdad Eqbali ilə görüşündən sonra belə qərar çıxarılıb.
Məlumatda Poçettino ilə ayrılığın müsbət məcrada davam etdiyi açıqlanıb. Tərəflər qarşılıqlı surətdə müqaviləyə xitam veriblər.
Qeyd edək ki, “Çelsi” 52 yaşlı məşqçinin rəhbərliyi ilə 2023/2024 mövsümünü 6-cı pillədə başa vurub. O, London klubuna ötən il iyulun 1-dən rəhbərlik edirdi.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur