NATO-nun Vilnüsdə keçiriləcək sammitində "Vaqner" muzdlularının Belarusa yerləşdirilməsi məsələsi müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bunu siyasi strateq Taras Berezovets deyib.
Berezovets bildirib ki, 1000-ə qədər "Vaqner" muzdlusu Belarus ərazisində qalacaq:
"Qalanları isə “işgüzar səfərə” gedəcək”, yəni Yaxın Şərq və ya Afrika ölkələrinə... Qərb onların təxribat törədəcəyindən narahatdır, amma hansısa ciddi təxribat törətmək üçün min adam kifayət deyil. İkincisi, Lukaşenkonun özü də “vaqnerçilərə” Polşa, Litva və ya Ukrayna sərhəddində hardasa hay-küy salmaq imkanı verməkdə maraqlı olmayacaq. Çünki o, cavab olaraq ona yaradılacaq təhlükədən qorxur. Məncə, ona Ukrayna tərəfdən qapalı kanallar vasitəsilə də xəbərdarlıq ediblər”.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi