Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
BUTA.TV xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto