Bu gün saat 18:00 radələrində metronun “Dərnəgül–Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb. Əvvəlcə, elektron lövhədə məlumatın yenilənməməsi və daha sonra səsli anonsların da verilməməsi səbəbindən bir çox sərnişin hansı stansiyada olduqlarını müəyyən etməkdə çətinlik çəkdiklərini bildirib. Bu hal xüsusilə sıxlıq zamanı daha çox diqqət çəkib və şikayətlərə səbəb olub.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BUTA.TV-a açıqlamasında bildirib ki, qatarın informasiya-məlumat sisteminin kəsilməsi müşahidə olunub:
“Bu, qatarların texniki cəhətdən hərəkətinə hər hansı maneə və ya problem yaratmır. Maşinistə məlumat daxil olan kimi işlək vəziyyətə gətirilməsi təmin olunur.
Kəsinti bloklanma xarakterli olursa, sonuncu stansiyada qatarın əks istiqamətdə hərəkətə keçirildiyi müddətdə proqram təminatının yenidən qoşulması ilə informasiya sisteminin işi bərpa olunur”.
- Bakıda bu küçə və prospektlər təmir edildi
- Azərbaycanda bu ixtisas qrupu ləğv olunur?
- Yağıntılı havalar nə vaxta kimi davam edəcək? - Rəsmi
- ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...