Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...

13:48 - 19 Aprel 2026 - GÜNDƏM

 Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...

Gəlinini qətlə yetirən Ağanəbi Əliyevin cinayət işinin bəzi detalları məlum olub.

BUTA.TV "Unikal"a istinadla xəbər verir ki, hadisə 2025-ci ilin mayında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, Ağanəbi Seyidmövsüm oğlu Əliyev gəlini Dürdanə Əliyevanın övladlarının qayğısına qalmayaraq, tez tez qohumlarıgilə getməsinə irad bildirib. Bu hal dəfələrlə təkrarlanıb və Dürdanə Əliyeva 2025-ci il mayın 5-də yenidən evdən icazəsiz çıxıb və onun narazılığına məhəl qoymayıb. Artıq bundan sonra gəlin-qayınata arasında mübahisə yaranıb və Dürdanə Əliyeva ona təhqir dolu ifadələr işlədərək evdən qovub. Bundan hiddətlənən Ağanəbi Əliyev onu öldürmək qərarına gəlib.

Ağanəbi özünəməxsus fərdi evdən mətbəx bıçağını götürərək Dürdanə Əliyevanın yaşadığı evə daxil olaraq ona bir neçə bıçaq zərbələri endirib. O, gəlininə boyun və qarın nahiyələrindən ümumilikdə 6 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyevanın üç azyaşlı övladı qalıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun 9 aprel 2026-cı il tarixli hökmünə əsasən, Ağanəbi Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol