18 aprel 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya rayonun Gənclik və H.Əliyev parkları, 8 Noyabr prospekti, Y.Səfərov, Zığ yolu küçələri, 171 saylı tam orta məktəbin həyəti və digər ünvanlarda təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı 1000 ədəd Eldar şamı və Evkalipt ağacı, 10 000 ədəd gül kolunun əkilib, 1000 kv metr ərazidə qazon örtüyü salınıb.
Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.
Qeyd edək ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü