Ülkər Səttarova ona yüksək vəzifə verdi - Foto

11:46 - 17 Aprel 2026 - GÜNDƏM

 Ülkər Səttarova ona yüksək vəzifə verdi - Foto

Şamaxı Dövlət Regional Kollecinə direktor vəzifəsinə təyinat olub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədri Ülkər Səttarova bununla bağlı müvafiq əmr imzalayıb.

Sözügedən vəzifəyə Vasif Müslümov təyin edilib.

Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb.

Xatırladaq ki, V.Müslümov yanvarın 7-də həmin kollecə direktor müavini təyin edilmişdi. Ona həmçinin kollecin direktoru vəzifəsinin icrası həvalə olunmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol