Uzun müddət öncə bu bankdan kredit götürməyə məcbur olmuşdum və sonuncu ödəniş 19 fevral 2026-cı ildə "Dostbank" vasitəsilə göstərilən yekun məbləğ - 197 manat əvəzinə qəpik-quruş borc qalmaması üçün öz əməkdaşlarının tövsiyəsi ilə 200 manat ödəmişəm. Üstündən artıq 2 aya yaxın vaxt keçib və bu müddətdə heç bir əməkdaş zəng edib qəpik borcu qalmasını da deməyib, mesaj, bildiriş gəlməyib.
BUTA.TV xəbər verir ki, bunu tanınmış jurnalist Elşad Məmmədli özünün Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, borcu tamamilə ödəməsinə baxmayaraq, bu gün adında yeni kredit borcu olduğunu öyrənib:
“Bu gün digər bankdan kredit məhsulu almaq istəyirdim, bu zaman bəlli oldu ki, adımda “Bank of Baku”da 45 gündən çox gecikmə ilə ödənməmiş borc var, yeni kredit ayrıla bilməz. Araşdırdıq, bəlli oldu ki, “Bank of Baku” adlı soyuğunçuluq təşkilatında guya 27 qəpik qalıq borcdan yaranmış 2 manat kredit qalığım varmış. Hansı ki, mən 197 manat əvəzinə, hətta 200 manat ödəmişəm, belə bir tərbiyəsizliyi həyata keçiriblər.
Bu, tam bir bank möhtəkirliyidir, soyğunçuluğudur və vətəndaşa, müştəriyə qarşı nadanlıqdır.
11 min manat kreditə görə 2 il ərzində 16 min manatdan çox pul ödəmişəm, yekunda da belə axmaq davranışı ediblər”.
Jurnalist Azərbaycan Respublikasının Mərkəzi Bankından məsələ ilə bağlı tədbir görməsini də xahiş edib.
Məsələ ilə bağlı “Bank of Baku”ya sorğu göndərilib.
- 445 min manat mənimsəyən qadın Azərbaycana gətirilir
- Bakıda bu yollar təmir olunacaq
- Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı
- Abşeronda yağışın fəsadları aradan qaldırılır
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur
- Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video