200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi

18:56 - 14 Aprel 2026 - GÜNDƏM

 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi

Artıq 103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

BUTA.TV xəbər verir ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada rəsmiləşdirilir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət hüququnun verilməsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişdirildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol