Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq

16:58 - 14 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq

Azərbaycanda müvəqqəti yaşayan Rusiya vətəndaşlarına ölkəmizdə müvafiq icazə əldə etmələrinə dair xəbərdarlıq edilib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, Rusiya Federasiyası vətəndaşlarının ölkəmizdə müvafiq icazələri əldə etmədən müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

"Bu il yanvar ayının əvvəlindən ölkəmizə səfər edən şəxslərin artıq aprel ayından başlayaraq olma müddətləri bitə bilər. Bununla əlaqədar Rusiya Federasiyası vətəndaşlarının xüsusilə yetkinlik yaşına çatmayan övladları olan şəxslərin ölkəyə giriş-çıxış zamanı yarana biləcək narahatlıqlarının qarşısının alınması üçün bu tələbi diqqətdə saxlaması, səfər planlaması zamanı ölkəmizdə olma müddətini hesablaması və ya ölkəni tərk etməzdən əvvəl müvafiq yaşama icazələri əldə etməsi diqqətdə saxlanılmalıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Qubada qarın hündürlüyü 3 metrə çatdı - Video

Ölkədə olma müddətinin hesablanması üçün xüsusi elektron kalkulyator Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilib. Ətraflı məlumat 919 çağrı xidməti, sosial şəbəkə hesabları və qəbul şöbələrindən əldə edilə bilər" - xidmət rəisi bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol