Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.
Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
- “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
- Əhalinin sayı açıqlandı
- İclas keçirildi: Bu nazirlərin məruzələri dinlənildi - Foto
- Yağışlı hava depressiya yarada bilər – Bunları edin!
- Sabiq nazir müavini bu quruma müşavir getdi - Foto
- ADU-da tanınmış alimlə bağlı konfrans keçirildi - Foto
- Ağstafa çayından sel keçdi, mərkəzlə əlaqə çətinləşdi - Foto
- Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq