Tovuzda ev yandı

16:50 - 12 Aprel 2026 - GÜNDƏM

 Tovuzda ev yandı

Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində vətəndaş Mərdan Əsədova məxsus evdə yanğın baş verib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin 80 kvadratmetrlik sahəsində dam örtüyü, yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdə köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilərək təhlükəsiz əraziyə təxliyyə olunub.

Hazırda yanğının baş vermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol