Azərbaycanda palçıq vulkanı püskürdü

14:08 - 10 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda palçıq vulkanı püskürdü

Abşeron yarımadasında yerləşən "Bozdağ-Güzdək" palçıq vulkanında püskürmə qeydə alınıb.

Bu barədə BUTA.TV-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, püskürmə yerli vaxtla aprelin 9-u saat 22:26-da başlayıb və 6 dəqiqə davam edib.

Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol