Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.
Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.
Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yükdaşımalar üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdəki fəaliyyətlər Dövlət Gömrük Komitəsi ilə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən reallaşdırılacaq.
Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulub. Göstərilən bütün tədbirlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı