Sabunçuda qadın evdən doqquz min manat oğurladı

17:56 - 8 Aprel 2026 - GÜNDƏM

 Sabunçuda qadın evdən doqquz min manat oğurladı

Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, Sabunçu rayonunda evlərin birindən 9 min manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı K.Əliyeva müəyyən edilərək saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ağdaban qətliamından daha bir il ötür

Sumqayıt şəhərində də analoji hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 500 manat oğurlayan 24 yaşlı E.Zamanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol