Əli Əsədov iclas keçirdi

17:46 - 7 Aprel 2026 - GÜNDƏM

 Əli Əsədov iclas keçirdi

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

BUTA.TV xəbər verir ki, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri və dəvət olunanlar - Holdinqin İdarə Heyətinin (İH) sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq İH-nə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ehtiram Quliyevi ağır cəza gözləyir

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol