Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir.
Bu barədə BUTA.TV-a AAYDA-dan bildirilib.
Qeyd olunur ki, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və s.) müəyyən fəsadlar yaranıb.
Fəsadların qeydə alındığı ərazilərə dərhal Agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada təmizləmə və bərpa işləri həyata keçirilir. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
Yollarda rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması üçün bütün zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən yollarda diqqətli olmalarını, hava şəraitini nəzərə almalarını və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar