Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.
Bu barədə BUTA.TV-a, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir:
"Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir".
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video
- AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başladı
- "Azərişıq" gücləndirilmiş iş rejimində çalışır
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir
- Bibiheybətdə sürüşmə: bu avtobusların hərəkəti dəyişdirildi