Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi

22:57 - 5 Aprel 2026 - SİYASƏT

 Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi

Bir gün ərzində 4 siyasi qurum “Samvel Karapetyanla Güclü Ermənistan” blokuna qoşulub: Azadlıq, Sabitlik, İrs və Ermənistan Liberal Demokratik İttifaqı.

BUTA.TV xəbər verir ki, bu barədə “Samvel Karapetyanla Güclü Ermənistan” bloku məlumat yayıb.

Qeyd edək ki, 1 apreldə Kremldə Nikol Paşinyanla görüş zamanı Rusiya lideri Vladimir Putinin “Rusiya pasportu olanlar da seçkiyə qatılmalıdır” sözlərini deyərkən, rusiyalı milyarder Samvel Karapetyanı nəzərdə tutmuşdu. Çünki görüşdə “o, sizdə həbsdədir və biz buna bir söz demirik, daxili işinizdir” deyərək, Karapetyanın həbsini də vurğulamışdı.

Paşinyan isə Rusiya pasportu olan insanların seçkilərdə iştirakını Ermənistan konstitusiyasının qadağan etdiyini bildirməklə, birbaşa Kremldə Putinə qarşı açıq mövqe nümayiş etdirmişdi. Bunun ardınca Ermənistanda Samvel Karapetyanın təbliğatı güclənib və “ona qoşulanlar”la bağlı müzakirə artıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol