Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video

17:50 - 3 Aprel 2026 - GÜNDƏM

 Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakini xilas edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Füzuli Şeydayev qəfil öldü


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol