Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.
BUTA.TV Gününsəsi.info-ya istinadla xəbər verir ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.
Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.
“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək” deyə mənbə əlavə edib.
Məlumatda həmçinin o da qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq
- Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...
- Aprelin ilk ongünlüyündə hava belə olacaq
- Elektromobili “evdən şarj” etməyin təhlükələri
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Vüsal Aslanov onu rəis təyin etdi - Foto
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?