Rəsmi Tehran Türkiyəyə doğru İran raketlərinin atılması ilə bağlı Ankara ilə birlikdə araşdırma aparmağa hazırdır.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında bildirib.
"İslam Respublikası mehriban qonşuluq prinsiplərinə, Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə sadiqdir və potensial iddiaları yoxlamaq üçün birgə texniki əməkdaşlığa hazırdır", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün İrandan atılan ballistik raket Türkiyə səmasında məhv edilib.
Bundan öncə Türkiyəyə 4, 9 və 13 mart tarixlərində İrandan raket atılmışdı.
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
- Yağışa görə onlara 4 milyonluq ziyan dəydi
- Sabah hava necə olacaq?
- Prezident sərəncamı: bu ASC ləğv edilir
- Prezident sərəncam imzaladı
- Məzahir Pənahov vəzifədən buna görə göndərilir
- Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video
- Azərbaycandan Ermənistana 5 vaqon taxıl yola düşdü