İsmayıllıda ağır avtoqəza olub.
BUTA.TV xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində ölüblər.
Həmçinin, avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
- Yağışa görə onlara 4 milyonluq ziyan dəydi
- Sabah hava necə olacaq?
- Prezident sərəncamı: bu ASC ləğv edilir
- Prezident sərəncam imzaladı
- Məzahir Pənahov vəzifədən buna görə göndərilir
- Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video
- Azərbaycandan Ermənistana 5 vaqon taxıl yola düşdü