Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Hunday" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMV markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
- “Expressbank”ın İdarə Heyətinə – Yeni təyinat
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
- Yağışa görə onlara 4 milyonluq ziyan dəydi
- Sabah hava necə olacaq?
- Prezident sərəncamı: bu ASC ləğv edilir
- Prezident sərəncam imzaladı
- Məzahir Pənahov vəzifədən buna görə göndərilir
- Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video