Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.
BUTA.TV xəbər verir ki, aktiv məşğulluq tədbiri 3 aprel 2026-cı il tarixində, saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
- Yağışa görə onlara 4 milyonluq ziyan dəydi
- Sabah hava necə olacaq?
- Prezident sərəncamı: bu ASC ləğv edilir
- Prezident sərəncam imzaladı
- Məzahir Pənahov vəzifədən buna görə göndərilir
- Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video
- Azərbaycandan Ermənistana 5 vaqon taxıl yola düşdü