Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto

14:36 - 1 Aprel 2026 - GÜNDƏM

 Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən "Zəngilan şəhərciyi"ndə yeni inşa olunan yol qısa müddət sonra çöküb.

BUTA.TV xəbər verir ki, sözügedən ərazidə çəkilən yolun bəzi hissələrində ciddi çökmə və deformasiya müşahidə olunub.

Yol örtüyündə yaranan bu problemlər həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, həm də sürücülər üçün təhlükə yaradıb.

Sakinlərin sözlərinə görə, yolun bu vəziyyətə düşməsi tikinti zamanı keyfiyyət standartlarına tam riayət olunmaması ehtimalını gündəmə gətirir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol