Sabah bu rayonda qaz olmayacaq

16:02 - 1 Aprel 2026 - GÜNDƏM

 Sabah bu rayonda qaz olmayacaq

Bu gün Şəmkir rayonunun bir neçə kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonu Alabaşlı qaz paylayıcı stansiyanın "Könüllü Əhali" çıxış xəttindən qidalanan Qaracəmilli orta təzyiqli daşıyıcı qaz xəttində və həmin xətdən ayrılan qollarda aşkar olunan qaz sızmalarının qarşısını almaq məqsədi ilə sabah saat 10:00-dan işlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar, Ağlavaşlı kəndlərində qaz təminantında fasilə yaranacaq.

"Qaz təchizatı dayandırılan müddətdə 2358 abonentin qaz təminantında fasilə yaranacaq" - deyə qurumdan qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol