"Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək

23:38 - 2 Aprel 2026 - GÜNDƏM

Avropa Yayım İttifaqı (EBU) "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.

BUTA.TV xəbər verir ki, birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, sonda Serbiya təmsilçisi çıxış edəcək.

İkinci yarımfinalın açılışını Bolqarıstan, bağlanışını Norveç edəcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində JIVA "Just Go" mahnısı ilə təmsil edəcək.

70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da baş tutacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol