Bu ərazilərdə işıq olmayacaq

00:06 - 7 Aprel 2026 - GÜNDƏM

 Bu ərazilərdə işıq olmayacaq

Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat” hava xəttində təmir işləri aparılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda 3 liman bağlandı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol