Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı