Xəbər verdiyimiz kimi, Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir.
Baş nazir aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.
Daha sonra o, Şəhidlər xiyabanını ziyarət edib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, həm Prezident qəbulunda, həm də Şəhidlər xiyabanını ziyarəti zamanı litvalı baş naziri Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev də müşayiət edib.
Qeyd edək ki, 1952-ci il təvəllüdlü hüquq elmləri doktoru Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir.
Tamerlan Qarayev 1988-1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub.
O, 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.
Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir.
1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə diplomatik işə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.
2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.
13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi