İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır.
BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, yeni baş direktorun seçkisi may ayında olacaq.
Belə ki, 2018-ci ilin may ayından İTV-yə rəhbərlik edən Balakişi Qasımovun səlahiyyət müddəti də mayda başa çatacaq. B.Qasımovun vəzifədə qalıb-qalmayacağı məsələsinə yenidən baxılacaq.
İddialara görə, Balakişi Qasımov yeni vəzifə arzulayır. Bu istəyi reallaşmayacağı halda isə, Qasımov hazırkı vəzifəsinə yenidən iddialı olacaq.
Qanunvericiliyə əsasən, baş direktorun seçilməsi barədə qərarı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası qəbul edir.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə baş direktor 4 il müddətinə seçilir və onun təkrar seçilmək hüququ mövcuddur. Onu da bildirək ki, Balakişi Qasımov 2022-ci il mayın 24-də ikinci müddətə İTV-nin baş direktoru seçilib.
- Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
- Bu müəllimlər də sertifikasiya imtahanı verəcək
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır