Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.
BUTA.TV xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Report-a açıqlamada yeni tədris ili başlayandan sonra həmin uşaqların Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəkləri bildirilib.
Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:
“Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır”.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.
- AAYDA-ya məxsus bu qurum ləğv olundu
- Dəmir yollar Kürdəmirə aparır!
- MAXE olmaq istəyənlərin nəzərinə!
- Mühüm yenilik: Almaniya ilə Azərbaycan arasında sənədlər...
- Ali Məhkəmədən alqı-satqı müqaviləsi ilə bağlı – Xəbərdarlıq
- Polis bu qadını axtarır - Foto
- Sabah hava necə olacaq?
- İlk rübdə 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib