Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.
Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.
Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.
Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.
Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.
Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.
- İki qurumdan ər və arvadın ölümü ilə bağlı birgə açıqlama
- Sabahdan külək güclənəcək - Xəbərdarlıq
- Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı
- Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir - Foto
- Arvadını qətlə yetirdi, evi partlatdı, özü də öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı
- AAYDA-ya məxsus bu qurum ləğv olundu