Sara Əzimova vəzifəsindən azad edildi - Sərəncam

10:26 - 17 Aprel 2026 - GÜNDƏM

 Sara Əzimova vəzifəsindən azad edildi - Sərəncam

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.

Qeyd edək ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.

O, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Muxtar Respublikada Televiziya və Radio Şurasının üzvü olub.

Sara Əzimova mütəmadi olaraq mərkəzi və xarici mediada məqalələrlə çıxış edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol