“AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?

10:22 - 20 Aprel 2026 - GÜNDƏM

 “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?

“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti" ASC-yə ötürülüb.

Yəni, indiyədək əmlakı və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq "Atəşgah" sığorta şirkətinə müraciət etməli olacaq.

Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzər rayonunda ikimərtəbəli ev yandı

Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol