İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir.
BUTA.TV xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə (İXM) təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunur ki, bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək.
"İCMAL" altsistemi İXM-ə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.
Bundan başqa, uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq.
Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə olunacaqlar.
Həmçinin dövlətə məxsus olan hüquqi şəxslər maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilirlər.
Mövcud qanunvericiliyə görə, sözügedən məsələ ilə bağlı hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək müəyyənləşib.
Layihəyə əsasən isə bütün hallarda cərimə inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində müəyyən ediləcək.
Məcəllənin 410-cu maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir.
Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsinə görə cərimələr müəyyənləşir.
Bununla bağlı da qanunvericiliyə yeni maddələr əlavə olunur.
Layihədə qeyd olunub ki, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Sənəddə qeyd olunub ki, "Xüsusi icra məmurları haqqında" Qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1 500 manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan şəxs məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək.
Layihə müzakirədən sonra üçüncü oxunuşda qəbul olunub.
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü
- Metrodakı hadisəyə görə 2 nəfər... - TƏBİB
- Bu qurumlar çağrı mərkəzlərini yaratmalıdır – Qərar
- Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
- Aprelin pensiya ödənişləri yekunlaşdı
- Təhdid xarakterli paylaşım edən məktəbli saxlanıldı
- Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto