Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

11:58 - 21 Aprel 2026 - GÜNDƏM

 Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir.

BUTA.TV xəbər verir ki, parlamentin yaz sessiyasının bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol