Bugünkü hadisə Bakı Metropolitenin tunelində baş verdiyindən dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bugünkü hadisənin səbəbi texniki insident olub:
"Hadisə Bakı Metropolitenin tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Bununla belə Bakı Metropoliteni normativ tələblərinə uyğun sərnişinlərin təxliyəsi tam və hər hansısa insidentsiz başa çatdırıb".
B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur:
"Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlanma sistemi, həm də digər infrastrukturun, o cümlədən sanitariya qurğusu kimi ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Qeyd etdiyim hadisə isə Bakı Metropoliteninin tunelində, kabeldə qısaqapanma nəticəsində baş verib".
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü
- Metrodakı hadisəyə görə 2 nəfər... - TƏBİB
- Bu qurumlar çağrı mərkəzlərini yaratmalıdır – Qərar