Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir

10:22 - 22 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda bu ailələrə

Azərbaycanda beşdən çox uşağı olan qadınlara müavinət alan şəxslərin sayı 2939 nəfərdir.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edək ki, qanunvericiliyə görə, müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara – uşaqların sağ olması şərti ilə – bu hüququn yaranmasına səbəb olmuş uşaq 1 yaşına çatdıqda təyin olunur.

Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol