Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...

23:52 - 21 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...

Son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq ya soyuq, ya da isti keçməsi müşahidə edilir. Hazırda aprel ayı olmasına baxmayaraq, paytaxt Bakıya intensiv yağışlar, dolu, regionlara isə qar yağır.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra da mart-aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir.

Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxov iqlim dəyişiklikləri ilə bağlı maraqlı fikirlər səsləndirib.

O bildirib ki, qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəmini başlada bilər:

Bu xəbər hal-hazırda çox oxunur
Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

“Gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab edilə bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. Mənfi 30°C qeyri-adi haldır. Qlobal istiləşmə Avropada, ümumiyyətlə, Rusiyanın Avropa hissəsində, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə səbəb ola bilər”.

İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağını proqnozlaşdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol