Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, onun yerinə müavini Kamil Hacıyev təyin olunub.
Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkimlərinin dəyişməsi barədə məlumat yayılıb.
"Yeni Klinika"nın baş direktoru Barat Yusubov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri təsdiqləyiblər.
Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıqovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı