Sosial şəbəkələrdə Bakı metrosuna girişin yenidən bağlı olması barədə videogörüntülər yayılıb.
Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BUTA.TV-a açıqlamasında bildirib ki, Bakı metrosuna girişin bağlı olmağı barədə xəbərlər həqiqəti əks etdirmir:
“Səhər saat 9-dan 28 May stansiyasındayam. Biz dünən elan etdik ki, bu gün metroda şənbə gününün qrafiki tətbiq olunacaq. Şənbə günü metroda sərnişinin daha seyrək olduğu gündür. Bu gün isə iş günüdür, sərnişin axını var.
Sərnişin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə bütün stansiyalara tapşırıq verilib. Xüsusilə də sərnişin sıxlığı olan stansiyalara. Tənzimləmələr birbaşa giriş qapılarından başlamalıdır. Fəsadlar və təhlükəsizlik nəzərə alınaraq platformada ifrat sıxlığa, yüklənməyə yol verilməməlidir.
Platformaya uyğun olaraq yerin üstündə müvafiq tənzimləmələr aparılır. Bu gün hansısa stansiyanın bağlanması real deyil”.
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi