Toy karvanında avtoşluq edənlər həbs olundu - Video

10:06 - 23 Aprel 2026 - GÜNDƏM

 Toy karvanında avtoşluq edənlər həbs olundu - Video

Ağsuda toy karvanında sürücülər avtoxuliqanlıq edib.

Daxili İşlər Nazirliyindən (DİN) BUTA.TV-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri “Mersedes” və “Tofaş” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol