DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar.
BUTA.TV xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Qeyd olunub ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək üçün:
1. Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb;
2. Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.
Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...