ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi nümayəndəsi Robert Malli məxfi sənədlərlə səhv davranmaqda şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, yoxlama başlayandan bir müddət sonra R.Malli məxfi sənədlərə çıxışı itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib.
Adını açıqlamayan ABŞ rəsmisinin sözlərinə görə, o, ötən gün ödənişsiz məzuniyyətə buraxılıb. Malli özü də məlumatı təsdiqləyərək, istintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözlədiyini bildirib.
Hazırda onun vəzifələrini müvəqqəti olaraq Abram Paley yerinə yetirir.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi