Xəbər verdiyimiz kimi, 27-29 iyun tarixlərində ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh sazişi üzrə müzakirələri davam etdiriblər. Danışıqlar zamanı Mirzoyan və Bayramov “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin daha bir neçə maddəsi üzrə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, Ermənistan XİN sözçüsü Ani Badalyan bəzi məsələlər üzrə əlavə müzakirəyə ehtiyac olduğunu bildirib.
“Həmin maddələr sərhədin demarkasiyası prosesi, qoşunların çıxarılması, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq mexanizmin formalaşdırılmasıdır”, - o deyib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi