Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.
Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır", "Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!", "Ermənistan müharibə cinayətkarıdır", "Müharibəyə son" şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.
Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.
İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi