Ermənistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədində Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun tikilməsinin qəti əleyhinəyəm.
BUTA.TV xəbər verir ki, bunu Report-a hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Komissiyasının (İsveçrə) rəsmi könüllüsü Məhməd Hüseyn məlumat verib.
Onun sözlərinə görə, bu zavodun tikintisi birbaşa olaraq ətraf mühitin kimyəvi çirklənməsinə səbəb olur: “Biz, 30 ictimai təşkilatın nümayəndələri, ictimai səhiyyə ekspertləri və müxtəlif ölkələrin, o cümlədən təmsil etdiyim Hindistanın ekologiya fəalları olaraq, səsimizi beynəlxalq ictimaiyyətə eşitdirmək üçün bu petisiyanı imzalamışıq”.
Hüquq müdafiəçisi bu petisiyanın BMT-nin müxtəlif agentliklərinə, ətraf mühit və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatlara göndəriləcəyini söyləyib.
Qeyd edək ki, bu gün bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...